Bakı şəhər,Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küç.55

 

Payızda bu davranışlar sağlamlığınıza zərər verə bilər.

Payızda bəzi vərdişlər immunitetin zəifləməsinə və xəstələnməyə səbəb ola bilər. Bu mövsümdə xəstələnməmək üçün aşağıdakı zərərli vərdişlərdən qaçmaq vacibdir:

🧤 Həddindən artıq geyinmək və ya düzgün geyinməmək: Havanın dəyişkən olduğu bu dövrdə bəzən çox isti, bəzən isə soyuq geyinmək səhvdir. Bu, bədən temperaturunun tarazlığını pozaraq immuniteti zəiflədə bilər.

🛌 Az yatmaq: Yuxusuzluq immun sistemini zəiflədir, bədənin infeksiyalara qarşı müdafiə qabiliyyətini azaldır və xəstəliklərə qarşı daha həssas edir.

🍋 Düzgün qidalanmamaq: Vitamin və minerallarla zəngin qidalarla qidalanmamaq bədənin müdafiə sistemini zəiflədər. Xüsusilə meyvə və tərəvəz istehlakını azaltmaq payızda xəstələnmə riskini artırır.

🚶🏻‍➡️ Az hərəkət etmək: Fiziki aktivliyin azalması bədənin müdafiə sistemini zəiflədir. Payızda hava soyuduqca açıq havada gəzintiləri azaldıb evdə oturmaq xəstəliklərə yol açan vərdişlərdən biridir.

😦Yetərsiz istirahət və stress: Düzgün yatmamaq və stresslə başa çıxmamaq immuniteti zəiflədir və xəstəliklərə qarşı bədəni müdafiəsiz qoyur.

🚰 Yeterli su içməmək: Havalar soyuduqda su istehlakı azaldıla bilər, lakin bədən hələ də nəmlənməyə ehtiyac duyur. Yetərsiz su istehlakı bədənin müqavimətini azaldır.

Bu zərərli vərdişləri dəyişdirərək payızda sağlam qalmaq mümkündür!