"Medikus Clinic" Tibb Mərkəzi 2009-cu ildən etibarən fəaliyyət göstərir və bu illər ərzində Bakı şəhərinin və ölkəmizin aparıcı tibb müəssisələrindən birinə çevrilmişdir.Fəaliyyətimiz boyu əsas prioritetimiz həmişə pasiyentlərimizin ehtiyac və gözləntilərini nəzərə almaq, eyni zamanda tibbi xidmətlərin əlçatan və optimal qiymətlərlə təqdim edilməsini təmin etmək olmuşdur.
Mərkəzimiz ən müasir texnologiyalarla təchiz olunmuş, tam avtomatlaşdırılmış laboratoriya və instrumental diaqnostika xidmətləri vasitəsilə pasiyentlərə dəqiq və etibarlı nəticələr təqdim edir. Laboratoriyamız daimi inkişafı, yenilikləri izləməyi, təcrübəyə əsaslanan yanaşmanı və keyfiyyət standartlarının davamlı təkmilləşdirilməsini əsas missiya kimi qəbul edir.
Daxili keyfiyyətə nəzarət beynəlxalq qəbul olunmuş protokollara əsasən həyata keçirilir. Bununla yanaşı, laboratoriyamızın nüfuzlu xarici keyfiyyətə nəzarət təşkilatı olan Randox-un Riqas Keyfiyyətə Nəzarət Sisteminə qoşulması pasiyentlərimizə ən yüksək dəqiqlikdə nəticələr almaq imkanı yaradır.
Pasiyentlərimizin rahatlığını təmin etmək məqsədilə klinikamızın bütün şöbələri həm yerli, həm də beynəlxalq standartlara uyğun şəkildə qurulmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemimiz xidmət spektrimizin daim genişlənməsinə imkan yaradır.
Çağrı mərkəzimiz pasiyentlərimizin sorğularına operativ cavab verir və analiz nəticələrinin elektron formada əldə edilməsini təmin edərək, xidmət keyfiyyətinin yüksək səviyyədə saxlanılmasına töhfə verir.
