Xəbərlər

Fizioterapiya nədir?

Məlumdur ki, ilıq dəniz iqlimində yaşayan insanlar az xəstələnirlər. Uzun ömürlü insanların əksəriyyəti isə dağlıq zonada yaşayanlardır. Bu fakt göstərir ki, təbii amillərin insanın sağlamlığına təsiri böyükdür. Müasir alimlər və həkimlər bu effektiv təbii müalicə metodlarını təbiətdən götürüb, sağlamlığı qoruyub və möhkəmləndirmək üçün istifadə oluna bilən, süni yolla alınan müalicə metodlarını hazırlamışlar. Bu yolla fizioterapiya ( yunanca physis- təbiət, therapia- müalicə ) yarandı. Fizioterapiya təbii və süni şəkildə modelləşdirilmiş fiziki faktorlarla (işıq, isti, su, hava) müalicə metodlarıdır.

Fizioterapiya İstər professional, istərsə də şəxsi istifadə üçün nəzərdə tutulan fizioterapiya cihazlarının göstərişlərinə baxsaq siyahı bir neçə vərəqi keçər. Bəzən bu optimizmin səbəbi təəccüb doğurur. Ancaq əks göstəriş yoxdursa fizioterapevtik müalicə kompleks müalicənin ayrılmaz hissəsi olmalıdır. Başqa sözlə desək, fizioterapiyaya əks göstərişin olmaması artıq onun üçün göstərişdir.