Kardiologiya

Elektrokardioqrafiya

Elektrokardioqrafiya — ürəyin fəaliyyəti zamanı yaranan elektrik sahələrinin qeydiyyatını və tədqiqini aparan metodika.

Ürəyin işləməsini yazan ilk elektrokardioqrafiya cihazını 1903-cü ildə Vilhelm Eyndhoven, quraşdırıb. Buna görə ona 1924-cü ildə tibb üzrə Nobel mükafatı verildi.

Exokardioqrafiya - ürəyin ultrasəs müayinəsi. EKQ ilə birlikdə kardiologiyanın önəmli qeyri-invaziv müayinə üsullarından biridir.Transtorakal (Döşüstü).

Transtorakal Exokardioqrafiya (TTE) zamanı ürək döşüstü, yəni bədənin xaricindən, müayinə olunur. Bu zaman əsasən 2 nöqtədən baxış keçirilir:

sol parasternal (döşsümüyü yanı) baxışda 2 müayinə kəsiyi var:

qısa ox kəsiyi

uzun ox kəsiyi

apikal (ürək zirvəsindən) baxışda 4 görünüş var:

dörd boşluq görüntüsü (dördkameralı görünüş)

beş boşluq görüntüsü (beşkameralı görünüş)

üç boşluq görüntüsü (üçkameralı görünüş)

iki boşluq görüntüsü (ikikameralı görünüş)

Digər əlavə ölçmə nöqtəsi subcostal nöqtədir (qabırğaaltı görünüş, xəncərəbənzər çıxıntının altından).

Döşüstü exocardioqramda müxtəlif kəsiklərdə ürəyin görünüşü.Apikal dörd boşluq görüntüsü.Subkostal görünüş.Sol parasternal uzun ox kəsiyində görünüşü.Apikal iki boşluq görüntüsü.Sol mədəciyin qısa ox kəsiyində görünüşü.Aortal qapağın qısa ox kəsiyində görünüşü

Müxtəlif yöntəmlərlə ürəyin fəaliyyətini aşağıdakı kimi müayinə etmək olar:

M-rejim ultrasəsin birölçülü müayinəsidir. Bu zaman sol parasternal yandan aortal və mitral qapaqlar, sol mədəcik müayinə olunur.

Sol mədəciyin parasternal uzun ox kəsiyində M-rejimdə görüntüsü

2-ölçülü B-rejimində ağ-qara görüntülərin sayəsində real zamanda qapaqların quruluşu, mədəciklərin yığılma fəaliyyəti və ölçüləri müayinə edilir.

PW- və CW-Doppler

Rəngli Doppler

stress testi-(həmçinin ürək diagnostikası, kardioloji məşq testi ) Ürəy funksiyasma nəzarət, klinik mühitdə xarici stresə cavab vermə qabiliyyətini ölçən kardioloji bir testdir. Stress test-ürək xəstəliklərinə yol açılan riski müəyyən edə bilər. Bu test üsulu ilə ürəyinizi nə qədər idarə edə biləcəyinizi öyrənəcəksiniz.

Göstərişlər;

Sinə ağrırı

Nəfəs darlığı

Ürək çatışmamazlığı

Ürək qan damar sistemində pataloğiya

Aktiv vəziyyətdə ürəyinizin qan axınına nəzarət

Kordioloji dərmanların sizə təsirini təyin etmək

Anormal ürək ritimlərini təyin edir

Sizin Ürək klapanlarinızın necə işlədiyini təyin edir

Testə hazırlıq;

Testan 4 saat əvvəl yemək qəbulu va su qəbulu qadağandır

Testan 12 saat əvvəl kofein tərkibli içkilər və preparatlar qadağandır