Keyfiyyət nəzarət

Keyfiyyət nəzarət

Laborator tədqiqatların keyfiyyətinə nəzarət - iş prosesində yarana biləcək yolverilməz xətaların müntəzəm olaraq və vaxtında aradan qaldırılmasını təmin edən tədbirlər sistemidir. Medikus klinikasında kontrol sistemi daxili və xarici kontrol olmaqla laborator tədqiqatların bütün mərhələlərini əhatə edir.


Laboratoriyada keyfiyyət menecmenti üzrə "Keyfiyyət siyasəti" adlı proqram qəbul olunmuşdur. Bu proqramda hədəflər, tapşırıqlar və klinikanın keyfiyyətə nəzarət sisteminin əsasları öz əksini tapmışdır.

Laboratoriya müntəzəm olaraq bir neçə xarici kontrol proqramlarında iştirak edir.

Laborator tədqiqatların son nəticəsi pasiyentin məlumatları(ad, soyad, cins), bioloji materialın növü, həmçinin onun götürülməsi, laboratoriyaya çatdırılması, analizlərin cavabları, aktual referans dəyərlər olan sənəddir. Başqa sözlə desək, laboratoriya klinisistə düzgün, obyektiv məlumat verilməsini təmin edir.


Bu sənədin meydana gəlməsi üç əsas mərhələnin sonunda baş verir:

- preanalitik – analizlərin həkim tərəfindən təyin olunması, biomaterialın götürülməsi, saxlanması və laboratoriyaya çatdırılması;

- analitik – biomaterilın laboratoriyada işlənməsi;

- postanalitik – alınan nəticələrin interpretasiyası, pasiyentin diaqnozunun qoyulması.



Biomaterialın keyfiyyətli götürülməsi preanalitik mərhələdə ən vacib prosesdir. Medikus klinikasında qanın götürülməsi üçün vakuum sistemdən istifadə olunur. Bu sistemin tətbiq olunması pasiyentlərin komfortunun pozulmaması və qanın keyfiyyətli götürülməsi üçün vacibdir.


Pasiyent qeydiyyat şöbəsində laborator xidmətləri sifariş verərkən ona qaimə verilir. Həmin qaimədə pasiyentlərin məlumatları ilə yanaşı ştrix-kod və sonradan pasiyentin cavabları saytdan götürməsi üçün verilmiş unikal kod olur. Pasiyent həmin qaimə ilə qan götürmə otağına daxil olur, tibb bacısı pasiyentin məlumatlarını yoxlayır, ştrix-kodu skanerə yaxınlaşdırır. Skanerdən alınan probirkalar üçün olan ştrix-kodlar uyğun probirkalara yapışdırılır və pasiyentdən biomaterial alınır. Laborator İnformasiya Sistemində olan məlumatlar əsasında sonradan pasiyent öz istəyinə uyğun olaraq cavabları veb saytdan və ya klinikanın qeydiyyat şöbəsindən götürə bilər.