Partnyorlarımız

Partnyorlarımız

"Medikus" Medical Center 2009-cu ildən özəl klinika olaraq fəaliyyət göstərir. Klinikamız şəhərin Yasamal rayonu ərazisində İnşaatçılar metrosu yaxınlığında yerləşir. Burda bütün növ xəstəliklərin müayinəsi və müalicəsi yüksək ixtisaslı peşəkar həkim heyəti tərəfindən aparılır. Mərkəzimiz yüksək standartlara cavab verən avandanlıqlarla təchiz olunmuşdur. Laboratoriya tam avtomatlaşdırılmış cihazlarla təmin olunub. Laboratoriyamızda demək olar ki, bütün növ analizlər aparılır.
Kollektivimiz pasiyentlərin razı qalması üçün çalışırlar. Təcrübəli həkimlərimiz sizə kömək etməyə həmişə hazırdırlar.